27 dekabr 2017 18:54
676

Paytaxtda avtomobil benzini istehsalı artıb

Bu ilin yanvar-noyabr aylarında Bakıda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 469,2 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 9,2 faiz azalıb.

Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə neft məhsullarından avtomobil benzininin istehsalı 4,7 faiz, neft koksunun istehsalı 6,8 faiz, neft bitumunun istehsalı 22,7 faiz, sürtkü yağlarının istehsalı isə 3,7 dəfə artıb.

Yanvar-noyabr aylarında paytaxtda dizel yanacağının istehsalı 20 faiz, yanacaq mazutunun istehsalı 42,6 faiz, ağ neftin istehsalı 6,9 faiz azalıb.