"BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda arıçılığın inkişafını dəstəkləməkdə davam edəcək".
Bunu FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak deyib.
O qeyd edib ki, 2018-ci ildə FAO bu sahədə növbəti layihəyə başlamaq niyyətindədir:
"Yeni layihə Azərbaycan balının ixrac potensialının artırılmasına istiqamətlənəcək".
M.Çakmak bildirib ki, ilkin olaraq 800 min dollar dəyərləndirilən layihə çərçivəsində Azərbaycan balının qablaşdırılması və beynəlxalq sertifikasiyası ilə bağlı məsələlərin həlli planlaşdırılır.
Trend