29 dekabr 2017 15:47
647

Qeyri-neft sektorunda ÜDM 2.4 faiz artıb

Bu ilin on bir ayında qeyri-neft sektorunda ümumi daxili məhsul (ÜDM) real olaraq 2.4 faiz artıb. Artım qeyri-neft sektorunun ticari sektorunda 4.3 faiz, o cümlədən qeyri-neft sənayesində 4.4 faiz, kənd təsərrüfatında 4.2 faiz təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

On bir ayda dövlət büdcəsinin xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz, o cümlədən əsaslı xərclər 2 dəfə artıb. Bu dövrdə son istehlak xərcləri real olaraq 2.4 faiz artıb.