2018-ci il yanvarın 1-i saat 22:00-dan yanvarın 3-ü saat 22:00-a qədər Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi, İnternet Vergi İdarəsi və digər qurumlarla məlumat mübadiləsi xidmətləri müvəqqəti dayandırılıcaq.
Bu barədə Axar.az-a Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Məlumata görə, fasilə zəruri avadanlıqların quraşdırılması, əsas məlumat bazasının yeni serverlərə keçirilməsi ilə əlaqədardır.