Fransada seçki kampaniyaları dövründə yalan (fake) xəbərlərlə mübarizə məqsədilə qanun layihəsi hazırlanıb.
İKT.lent.az-ın xəbərinə görə, bu barədə Fransa prezidenti Emmanuel Makron yerli jurnalistlərlə görüşündə deyib. “Biz demokratik həyatımızı yalan xəbərlərdən müdafiə etmək üçün hüquqi mexanizmi inkişaf etdirəcəyik”, - deyə o, söyləyib.
E. Makron bildirib ki, sənədin mətni yaxın həftələrdə açıqlanacaq: “Sosial şəbəkələr reklamverənlər və onlara nəzarət edənlər haqda məlumatları açıqlamalı və bu sahədə şəffaflığı yüksəltməli olacaqlar”.
Xatırladaq ki, E. Makron Fransadakı seçki kampaniyası dövründə Rusiya media orqanlarının onun barəsində yalan məlumatlar yaydıqlarını bəyan edib.