12 yanvar 2018 18:13
737

Neft hasilatı 86 milyon tonu ötüb

2017-ci ildə Qazaxıstanda 86,2 milyon ton neft hasil olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin milli iqtisadiyyat naziri Timur Süleymenov deyib.

“Bu, ölkə tarixində neft hasilatı üzrə rekord göstəricidir. 2018-ci ildə də Qazaxıstanda eyni həcmdə neft hasil edilməsi nəzərdə tutulur”, - deyə o əlavə edib.