12 yanvar 2018 18:51
928

"SOCAR Georgiya Petroleum"un yanacaqdoldurma məntəqələri üçün yeni stendlər hazırlanıb

Gürcüstanda "SOCAR Georgiya Petroleum" şirkətinin yanacaqdoldurma məntəqələri üçün "Made in Azerbaijan" brendinin təbliğinə dair 10 stend hazırlanıb. Yanvar ayının sonunadək bu stendlər yanacaqdoldurma məntəqələrində yerləşdiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.