Cəbuni Koreyanın Pxençxan şəhərində keçirilən Qış Olimpiya Oyunlarının hokkey yarışında (kişilər arasında) qalib müəyyənləşib.
Qol.az-ı xəbərinə görə, həlledici qarşılaşmada Rusiya və Almaniya komandaları üz-üz gəliblər. Oyun rusların 4:3 hesablı (1:0, 0:1, 2:2, 1:0) qələbəsi ilə başa çatıb.
Bununla da Rusiya millisi “Pxençxan-2018”in hokkey yarışmasının qalibi olub.