Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 205 milyon 48 min kubmetr təbii qaz ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ötən 2 ayda ixrac olunan təbii qazın dəyəri isə 29 milyon 428 min ABŞ dolları təşkil edib.