01 iyun 2018 21:02
1322

SAP-nin Təlim və inkişaf modulunun tətbiqi üzrə məlumatlandırıcı sessiyaların birinci hissəsi tamamlanmışdır

“İnsan resurslarının idarə edilməsi proseslərinin transformasiyası” Proqramının Təlim və inkişaf modulunun tətbiqi üzrə aprel ayının 18-dən başlayaraq “Azneft” İstehsalat Birliyinin İdarəetmə aparatında və birliyin strukturuna daxil olan bütün təşkilatlarda təqribən 700 nəfər rəhbər işçi üçün məlumatlandırıcı sessiyalar keçirilmişdir.

Bu sessiyalarda əsasən SAP-nin Təlim və inkişaf modulunun məqsədi, üstünlükləri və rəhbər işçilərin proqramdakı rolundan bəhs olunmuş, əməkdaşların proqramın tətbiqi ilə bağlı sualları cavablandırlmışdır.

Növbəti mərhələdə həmin işçilər üçün SAP-nin yeni istifadəyə verilmiş portalında distant təlim kursların hazırlanması və birliyin xətti rəhbərliyinin distant metod ilə bu proqramın istifadə qaydaları üzrə təlimatlandırılması nəzərdə tutulmuşdur.

2018-ci ilin sonundan isə SAP-nin təlim və inkişaf modulunun tətbiqinin SOCAR-ın bütün struktur bölmələrini ehtiva etməsi planlaşdırılır.