13 iyun 2018 16:41
939

Bolqarıstan səfiri: İlk dəfə qazı təkcə Şimaldan deyil, həm də Cənubdan alacağıq

"Cənub Qaz Dəhlizi Bolqarıstan üçün çox önəmlidir, çünki bu layihənin hesabına ilk dəfə olaraq biz qazı təkcə Şimaldan deyil, həm də Cənubdan alacağıq". 

"Report"un məlumatına görə, bunu "Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropada enerji təhlükəsizliyi" adlı beynəlxalq konfransda Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı üçün bugün enerji sabitliyi çox vacibdir: "Buna görə də, Bolqarıstan enerji infrastrukturu nutəkmilləşdirməyə çağırır. Biz öz növbəmizdə Yunanıstan və Rumıniya ilə interkonnektorlar yaradırıq ki, Azərbaycan qazı şimala da getsin. Biz bunu Şimal dəhlizi adlandırırıq".

Səfir onu da bildirib ki, Cənub Qaz Dəhlizi Avropaya enerji daşıyıcılarının nəqletmə marşrutlarını şaxələndirəcək: "Buna görə Azərbaycan bizim gələcək baxışımızın əsas tərəfdaşıdır. Bolqarıstan bu layihəyə siyasi dəstək verir".