13 iyun 2018 18:16
948

Çexiyalı ekspert: Azərbaycan və Yaxın Şərq ölkələri Avropaya qaz təchizatında Rusiya ilə mübarizədən qalib çıxa bilər

"Azərbaycan və Yaxın Şərq regionu ölkələri Avropaya qaz təchizatında Rusiya ilə mübarizədən qalib çıxa bilər".

"Report"un məlumatına görə, bunu "Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyi" mövzusunda Bakıda keçirilən konfransda Çexiyadan olan energetika məsələləri üzrə ekspert Mixal Mareş deyib.

Onun sözlərinə görə, Rusiya Avropaya daha çox qaz nəql edir, amma, bu, eyni mənbədən olan qazdır. 

O, çıxışında Rusiyanın enerji layihələrinin Avropada çətinliklərlə üzləşdiyini bildirib və əlavə edib ki, Avropa təkcə Azərbaycan deyil, müvafiq istək və infrastruktur olduğu halda onun qonşu ölkələrindən də qaz ala bilər.