20 iyun 2018 21:02
1204

SOCAR Estoniya ofisini bağlayacaq

SOCAR Estoniyadakı ofisini bağlayacaq.

AZƏRTAC Estoniyanın “Äripäev” biznes qəzetinə istinadla xəbər verir ki, SOCAR xərclərin artdığını əsas göstərərək Estoniyadakı əməliyyatlarını dayandıracaq.

Ofis ötən ilin oktyabr ayında İT xidmətləri və əlaqədar fəaliyyətləri təmin etmək məqsədilə açılıb. Ofis rəhbərliyi neft bazarında çətinliklərin xərcləri daha da artdığını bildirib.

Xatırladaq ki, SOCAR ötən il Kanadanın Kalqari şəhərindəki ofisini bağlamışdı.