ABŞ-ın xüsusi xidmət strukturlarının sirlərini və qanunsuz əməllərini faş edən 35 yaşlı amerikalı Edvard Snouden Rusiyadakı həyatından məmnun deyil.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, o, 2013-cü ildə ABŞ-ın kəşfiyyat və əks-kəşfiyyat strukturlarının dünyanın bir çox ölkələrində milyonlarla insanı gizli şəkildə izləməsi barədə məlumatları mediaya verilmişdi.
ABŞ-da casusluqda və dövlət əmlakını oğurlamaqda suçlanan Snouden təqiblərdən qurtulmaq üçün Rusiyaya qaçmışdı.
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyində ildə 200 min dollar maaş alan Snouden Rusiyaya qaçandan sonrakı simpozium və mühazirələrdə də bir o qədər pul qazanıb.
Rusiyada onun harada yaşadığı açıqlanmasa da, Snouden guşənişin həyat sürmür, müxtəlif texnoloji və hüquq-müdafiə konfranslarına onlayn qatılır.
Snoudenin vəkili Anatoli Kuçerenanın dediyinə görə, Edvard Moskvada kirayə mənzildə qalır, metroda gəzir, ərzağı da adi dükanlarda alır.
Rusiyada olduğu 5 il ərzində o, Sankt-Peterburq şəhərinə bir neçə dəfə baş çəkib.
Snouden sevgilisi Lindsi Milslə birlikdə yaşayır.
Rusiyanın hakimiyyət dairələrinin də Snoudendən usandığı vurğulanır.