21 iyun 2018 22:34
1355

Bu eksperimentlər dünyanın sonuna səbəb ola bilərdi

Alimlər dünyanı eksperimentlər apararaq araşdırırlar. İstənilən nəzəriyyə təcrübə əsasında yoxlanılır, buna görə də, təcrübəsiz elm irəliləyə bilməz.  Lakin bəzi eksperimentlər bəzən çox təhlükəli olur və bu da öz növbəsində bizi apokalipsisə gətirib çıxara bilər.

1970 - ci ildə Kolsko quyusunda aparılan qazıntılar dünyanın ən dərin quyusu hesab edilirdi. Bu quyunun dərinliyi 12 kilometrdən artıq idi. Eksperiment üçün nəzərdə tutulan qazıntı işləri 19 il davam edib.

Elm adamları Yer mantosunun yuxarı qatına çatmağa çalışırdılar, lakin buna nail ola bilmədilər və sonda  layihə ləğv edildi, çünki 12 kilometr dərinlikdə istilik 200 dərəcəni aşdı.

 Nüvə başlığı “üçlüyü”, ABŞ-ın nüvə proqramı olan “Manhettan”layihəsi idi. 15 iyul 1945-ci ildə “Üçlüyün” sınağı həyata keçirildi və bu nüvə silahlarının  ilk qeydli partlaması idi. Tədqiqatlar zamanı partlamanın gücü trotil ekvivalentinə əsasən  21 kilotona bərabər oldu.  Belə bir döyüş başlığı olan bir bomba meqapolisi məhv edə bilərdi.

10 sentyabr 2008-ci ildə onlar Böyük “Hadron Collider”-in yaradılmasını rəsmi şəkildə açıqlaması olmuşdu. Bəzi tədqiqatçılar hesab edirlər ki, sürətləndiricinin işlənməsi zamanı ortaya çıxan mikroskopik qara dəliklər artacaq və planetin məhvinə səbəb olacaqdır.

Kosmik sovet başlıqlarını məkanda saxlamaq üçün yaradılmış olan “Starfish Prime” layihəsi ABŞ-da inkişaf etmişdir. 1962-ci ildə bu məqsədlə, hərbiçilər magnetosferdə nüvə partlayışını aparmağa çalışdılar. Termonüvə başlıq Pasifik Okeanından 400 kilometr yüksəklikdə partladıldı. Partlayış elə güclü idi ki, episentrdən 1500 kilometr məsafədə elektrik xətləri kəsilmişdi. Bundan başqa orbitdə təxminən beş il davam edən bir radiasiya kəməri meydana gəlmişdi.

Könül Əliyeva “İki sahil”