25 iyun 2018 20:40
1509

Dövri aclıq nəyə xeyirdir?

ABŞ -ın İlliona Universitetinin mütəxəssisləri  bildiriblər ki, dövri aclıq insan orqanizminə əlverişli təsir edir.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki,  16 saatlıq aclıq hissi çəkinin azalmasına və arterial təzyiqin aşağı düşməsinə təsir edir.

Tədqiqatlarda 46 nəfər  könüllü iştirak edib, hansı ki, onlara 8 saatdan tez olmamaq şərti ilə qidadan özlərini məhrum etməyə icazə verilib. Bundan sonra 16 saatlıq aclıq müddəti tədbiq olunub. Bu müddət ərzində yalnız su və minimal kalorili içki qəbul etmək olar.

Nəticədə iştirakçılar 2,6 % bədən kütləsindən, yəni 3 kiloqram çəki itirib.  Yüksək arterial təzyiqdən əziyyət çəkən insanların isə təziyiqi normal səviyyədə olub.

Könül Əliyeva, “İki sahil”