27 iyun 2018 14:40
908

İtaliya Misirdə qaz yataqlarına külli miqdarda sərmayə ayırıb

İtaliyanın “Eni” enerji nəhəngi Misirdə qaz yataqlarının istismarına 3 milyard dollar sərmayə yatıracaq.

“Şirkət indiyə qədər “Noroos” və “Zöhr” yataqlarına 8,4 milyard dollar sərmayə yatırıb”,- deyə “Eni” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi şirkətlərinin qlobal səviyyədə ən çox investisiya yatırdıqları ölkənin Misir olduğunu vurğulayıb.

Deskalzi və Misirin neft naziri Tarek əl Mollanın görüşü zamanı da tərəflər “Eni” tərəfindən 2015-ci ildə kəşf olunmuş “Zöhr” ofşor qaz yatağının istismarı məsələsini müzakirə ediblər. Nazir ötən həftə “Zöhr” yatağında gündəlik qaz hasilatının 1,75 milyard kubfut təşkil edəcəyini açıqlayıb.

Tarek əl Molla cari ilin sonundan sözügedən yataqda hasilata start veriləcəyinə ümid etdiyini söyləyib.

“İki sahil”in “xinhuanet.com” saytına istinadən yaydığı xəbərə görə, 2019-cu ildən yataqda hasilatın gündəlik 2,7 milyard kubfuta çatdırılacağı və bununla da Misirin regional enerji gücünə çevriləcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Nil deltasında yerləşən “Noroos” ofşor yatağı da 2015-ci ildə kəşf edilmişdi.