26 min dollara yemiş, 16 minə ananas
Dünyada elə meyvələr var ki, onun qiyməti bir neçə yüz dollardır.
“Ölkə.Az” ən bahalı meyvələri təqdim edir.
Bir ədədi 83 dollar olan çiyələk
Bu çiyələklər Tokioda bir restoranda satılır. Çiyələklərin rəngi və ölçüsü eynidir. Baha olsa da, gündə 50 qutu satılır
500 qramı 160 dollara olan gilas
Tokio restoranlarından birində çox bahalı gilas satılır. Bu gilasın 500 qramı 160 dollardır. Bir gilas 4 dollara düşür.
Kupuasu
Cənubi Amerika meyvəsidir. Yemiş böyüklükdə olsa da, daha çox tərəvəz sayılır. Meyvəsini yemək üçün sərt qabığını mişarla kəsmək lazımdır. Əsasən xəmir yeməklərində istifadə edilir. Cənubi Amerikadan başqa heç bir yerdə bitmir. 450 qramı 250 dollardır.
Monstera
Mərkəzi Amerikanın tropik meşələrində bitən meyvədir. Bir il ərzində yetişir. Çiy qəbul edəndə orqanizmdən toksinləri ifraz etməyə şərait yaradır. Bir ədədi 50 dollardır.
Durian
Meyvə kralı kimi tanınsa da, çox pis qoxusu var. Qabığı çox sərtdir. Qoxusu bərbad olsa da, dadı əladır. Bir durianın qiyməti 200 dollardır.
Kvadratşəkilli qarpız
Kvadratşəkilli qarpızın bir ədədi 800 dollara satılır. Eyni zamanda ürəkşəkilli qarpızlar da var.
Yapon Densuke qarpızı
Dünyada sadəcə Şimali Yaponiyanın Hokkaydo adasında becərilir. Bir ildə cəmi 1000 ədəd çıxır. Qiyməti isə 4 min dollardır
Yapon yakut üzümü
Bu üzüm dünyada sadəcə Yaponiyanın İşikava adasında yetişir. Hər bir salxımın 20 qram ağırlığı var. Üzüm dənələrinin biri isə stolüstü tennis topu boydadır. Qiyməti 6.400 dollardır.
İngilis ananası
XIX əsrdən etibarən İngiltərədə becərilir. Botanika bağlarında kimyəvi reaksiya ilə yetişdirilir. Çox baha başa gəlir. Bir ananas üçün 2000 dollar xərclənir. Bu isə satış qiymətinə təsir edir. Bir ananasın qiyməti 16.500 dollardır.
Yubari Kral qovunu
Planetin ən lüks və ən bahalı meyvəsidir. Cüt halda satılan yemişin qiyməti 26 min dollardır.