25 may 2020 11:50
324

ABŞ Braziliyaya gedənləri ölkəyə buraxmayacaq

ABŞ son 14 gün ərzində Braziliyaya səfər etmiş əcnəbilərin ölkəyə girişinə qadağa qoyub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Trampın mətbuat katibi Keyli Makineninin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "ABŞ prezidenti ölkənin müdafiəsi üzrə tədbirlər görüb və son 14 gün ərzində Braziliyaya səfər etmiş əcnəbilərin ölkəyə girişinə qadağa qoyub. Mayən 23-ü üçün Braziliyada 310 087 təsidqlənmiş koronavirusa yoluxma halı qeydə alınıb, bu isə dünyada üçüncü ən çox göstəricidir".