03 noyabr 2019 21:49
501

Alimlər dünyada həyatın olmadığı yeri aşkar ediblər

Fransalı alimlər dünyada həyatın olmadığı yeri aşkar ediblər.

"Ölkə.Az" bildirir ki, bununla bağlı araşdırma “Nature Ecology & Evolution” jurnalında nəşr olunub.

Alimlər Efiopiyanın Dallol vadisində heç bir bakteriyanın olmadığını müəyyən ediblər.

Tədqiqatçılar bu vadidə suyun tərkibində isti, turşu (pH ~ 0), həmçinin çox miqdarda maqnezium olan şoran məhlulun olduğunu öyrəniblər.

Alimlərin qeyd edir ki, suyun belə bir tərkibi canlı hüceyrələrin məhv olmasına səbəb olur.