25 may 2020 14:14
727

Alina Zagitova Olimpiya ikonası sayıldı

Rusiyalı fiqurlu konkisürən Alina Zagitova Olimpiya ikonası sayılıb.

"Report"un "Olympic Channel"ə istinadən verdiyi məlumata görə, olimpiya və dünya çempionu final səsverməsində amerikalı Conni Veyri üstələyib. Zagitova 62 faiz, Veyr isə 38 faiz səs toplayıb.

18 yaşlı xanım idmançı 1/4 finalda atletika üzrə yamaykalı 8 qat olimpiya və 11 qat dünya çempionu Useyn Boltu, yarımfinalda isə onun keçmiş komanda yoldaşı Şelli-Enn Freyzer Praysı yenib.

Qeyd edək ki, Alina Zagitova 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarında və 2019-cu ildə Yaponiyanın Saytama şəhərində keçirilmiş dünya çempionatında fərdi mübarizədə qızıl medal qazanıb.