SOCAR-da Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri ilə görüş keçirilib
Oktyabrın 11-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir.Qonaqları salamlayan Rövnəq Abdullayev SOCAR-ın fəaliyyətindən, həyata keçirdiyi regional və qlobal əhəmiyyətli layihələrdən bəhs etmiş, şirkətin Avstriyanın pərakəndə yanacaq satışı bazarında özünəməxsus yeri olan “A1” yanacaqdoldurma şəbəkəsini satın aldığını və 82 YDM-dən ikisinin artıq rebredinq edildiyini, qalanlarının da yaxın müddətdə rebredinq ediləcəyini bildirmişdir. Şirkət prezidenti SOCAR-ın Avstriyanın yanacaq enerji sektorunda biznesini genişləndirməkdə maraqlı olduğunu vurğulamışdır.
Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya naziri Andreas Rayxhardt səmimi qəbul üçün təşəkkürünü bildirmiş, Avstriya şirkətlərinin Azərbaycanın kimya sənayesi ilə maraqlandıqlarını və bu sahəyə sərmayə yatırmağa hazır olduqlarını qeyd etmişdir.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev qonaqlara Sumqayıtdakı kimya sənaye parkı ilə bağlı ətraflı məlumat vermiş, Azərbaycanda əlverişli investisiya mühiti yaradıldığını söyləmiş, xarici sərmayələrin qorunmasından danışmışdır. O, kimya sənayesinin ölkə iqtisadiyyatının perspektivli sahələrindən olduğunu vurğulayaraq, bu istiqamətdə səmərəli təkliflərin operativ surətdə müzakirə edilib dəyərləndiriləcəyini bildirmişdir.
Görüşdə həmçinin Azərbaycan-Avstriya Əməkdaşlıq Şurasının fəaliyyətindən danışılmış, bu qurumun iki ölkə arasında əlaqələrin inkişafına töhfə verdiyi qeyd olunmuşdur.
SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş vitse-prezidenti ilə görüşüb - FOTO
Qeyri-neft ixracında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderliyini qoruyur
Bakı Ali Neft Məktəbi 2025-ci ildə mühüm nailiyyətlər əldə etdi - Elmar Qasımov