17 yanvar 2021 12:03
731

Avstriyalılar karantin rejiminə etiraz edir

Avstriyada həddindən artıq sağçılar da daxil olmaqla minlərlə insan paytaxt Vyanada COVID-19 tədbirlərinə etiraz olaraq küçələrə çıxıb.

Avstriyanın paytaxtı Vyanada koronavirusu tədbirlərinə qarşı etiraz aksiyası keçirilir.

“İki sahil” xəbər verir ki, hökumətin virusla mübarizə çərçivəsində gördüyü tədbirlərə etiraz etmək istəyən 50 min nəfər şəhərin mərkəzində bir nümayiş təşkil edərkən, 10 mindən çox insan paytaxt küçələrində gəzib. Qatı sağçıların da qatıldığı aksiya və yürüşlərdə, sol və sağçı qruplar arasındakı baş verə biləcək insidentin qarşısını almaq üçün çox əraziyə xeyli sayda polis cəlb edilib, bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.