07 fevral 2020 23:59
2340

Azərbaycanlı model “Dolce & Gabbana”nı ittiham edir  - FOTO

Azərbaycanlı əsilli Ukrayna modeli, “Miss Ukrayna 2015” titulunun sahibi Fəridə İbrahimova dünya markası “Dolce&Gabbana”nı fikir oğurluğunda ittiham edib.

"İki sahil" xəbər verir ki, cazibədar model “Instagram” səhifəsində sözügedən brendin reklamını paylaşaraq, hesabında yayımladığı videosüjetin eynisi olduğunu diqqətə çatdırıb.

“Videomu iki il əvvəl Ravelloda çəkmişdim. “Dolce&Gabbana” mənim fikrimi oğurlayıb. Bu isə ilk dəfə deyil. Diqqətlə baxın, videoda eyni yerlər və eyni fikir”, - deyə İbrahimova yazıb.

196 min izləyicisi olan Fəridənin izləyicilərinin əksəriyyəti onu müdafiə edərək, bu məsələdə haqlı olduğunu dilə gətiriblər.

Bildirək ki, dünyaca məşhur “Dolce&Gabbana”nın sözügedən reklamında italiyalı aktrisa Monika Belluccinin 15 yaşlı qızı Deva Kassel çəkilib.

Qeyd edək ki, Fəridə İbrahimova Ukraynada yaşayır və orada modellik fəaliyyətini davam etdirir. O, bir sıra Ukrayna markalarının simasıdır və yalnız Ukraynada deyil, Azərbaycanda da məşhur dizaynerlərin bir sıra moda həftələrində iştirak edir. Hazırda xarici həmkarları ilə birlikdə iştirak etdiyi reklam layihələri ilə daha çox məşğul olur.//oxu.az