23 may 2020 18:09
2362

“Azəriqaz” gücləndirilmiş rejimdə çalışacaq

“Azəriqaz” İstehsalat Birliyi qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Qumrunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı abonentlər dərhal 104/185 saylı Çağrı Mərkəzinə məlumat verə bilərlər.

Bundan başqa, (+99477) 3 104 104 saylı daim aktiv rejimdə çalışan “Whatsapp” nömrəsinə də mesajlar göndərilə bilər. Bayram günlərində əsasən müştəri xidmətlərinə də ehtiyac çox duyulduğu üçün bu sahədə tədbirlər proqramı hazırlanıb. Beləliklə, bölgələrdə xidmət 25, 26, 27, 28, 29, 30 və 31 may tarixlərində səhər saat 10:00-dan saat 17:00-dək “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi rayonlardakı “Azəriqaz” İB-nin qaz xidmət sahələrində göstəriləcək. Məsələn, Quba rayonundakı “ASAN xidmət” mərkəzi bayram günlərində işləmirsə, müştəri xidmətinə dair suallarını vətəndaşlar elə Quba rayonundakı qaz xidmət sahəsinə ünvanlıya bilərlər.

Bakı və ətraf ərazilərdə isə bir neçə gün əvvəl xəbər verildiyi kimi müştəri xidmətlərinin göstərilməsi may ayının 24, 25, 26, 27, 28, 29, 30 və 31-də Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrində, eləcə də Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında (Nizami rayonu, Babək pr. 21/24) səhər saat 10:00-dan saat 17:00-dək təqdim ediləcək.

Bayram həftəsində abonentlərin müştəri xidmətləri üzrə aşağıda qeyd edilən istiqamətlərdə müraciətləri cavablandırılacaq: itirilmiş və ya zədələnmiş smart kartların bərpası, yeni qazlaşma nəticəsində quraşdırılmış smart tipli sayğacın kartının verilməsi, qüsurlu ödənişlərin bərpası, smart tipli sayğacların əvəz olunması səbəbindən yeni smart kartların verilməsi, koda düşmüş kartların bərpası, qaz sərfiyyatına görə dəymiş ziyanın ödənilməsi, dini qurumlara limitlərin verilməsi, smart tipli sayğaclarda istifadə edilməyən məbləğlərin abonent koduna köçürülməsi, borc və ödəniş haqqında məlumatların verilməsi...