12 dekabr 2019 16:45
504

“Azəriqaz”: Noyabrda 10 min 824 yeni abonent qeydiyyata alınıb

Noyabrda “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 10 min 824 yeni abonent qeydiyyata alınıb.

Birlikdən bildirilib ki, onlardan 7831-i Bakı, Abşeron və Sumqayıt, 2993-ü isə regionların payına düşür. Bu ilin 11 ayı ərzində isə əhali sektoru üzrə 85 min 53 yeni abonent qeydiyyata alınıb. Beləliklə, dekabrın 12-nə ölkədə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 266 min 342 nəfər təşkil edir. Bu statistik rəqəmə Bakı şəhəri üzrə 874 min 510, regionalar üzrə isə 1 milyon 391 min 832 abonent daxildir.