24 avqust 2019 13:30
153

“Azəriqaz” qeyri-iş günlərində xidmət göstərəcək

Bakı şəhərində mövcud qaz sayğaclarının kütləvi olaraq yeni nəsil smart-kart tipli sayğaclarla əvəzlənməsi səbəbindən “Azəriqaz” İB-nin işçilərinin qeyri-iş günlərində xidmət göstərmələri zərurəti yaranıb.

“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, artan abonent müraciətlərini operativ və qüsursuz cavablandırmaq üçün Birliyin ixtisaslı kadrlarının şənbə və bazar günləri işə çıxması təmin olunub. Onlar növbəli qrafiklə bu gün və sabah həm “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında, həm də Maştağa, Xırdalan və Mərdəkan xidmət sahələrində əsasən yeni nəsil smart kartların verilməsi istiqamətində operativ xidmət göstərəcəklər.