15 may 2019 15:52
364

Bahar Muradova AzTV-dən yazdı: "Səhv etməmişəm..."

Milli Məclisin viste-spikeri Bahar Muradova Azərbaycan Dövlət Televiziyasının verilişlərinin son vaxtlar daha baxımlı olması ilə bağlı sosial şəbəkədə paylaşım edib.

"İki sahil" Publika.az-a istinadən Bahar Muradovanın AzTv-nin yeni rəhbərliyinin dövründə müşahidə etdiyi yeniliklərlə bağlı fikirlərini təqdim edir:

“Bu gün işə lap erkən gəlmişdim. Saat 8-i təzəcə keçmişdi. İlk olaraq televizoru yandırdım. Hər zamankı kimi Aztv-ni seçdim. Əvvəl mənə elə gəldi ki, hansısa başqa bir kanaldır. Amma tanış üzləri və səsləri gördükdən sonra anladım ki, səhv etməmişəm, bu doğurdan da bizim doğma kanalımızdır. Tamamilə yenilənmiş səhər studiyasındakı müasir dizayn, musiqi tərtibatı, aparıcıların əhvali-ruhiyyəsi, geyimi, davranışı, rənglər bir sözlə hər şey göz oxşayırdı. Qonaqla söhbət ücün seçilmiş mövzu da aktual idi. 15 may beynəlxalq" Ailə günü"nə həsr olunmuş müzakirələri sonadək izlədim. Ardınca "Gün başladı"proqramı diqqətimi çəkdi. Hər zaman görmək istədiyim və insan əhvalına gözəl təsir edən bir rəngarənglik var idi. Məncə, hər şey günə yaxşı başlamaq üçün gözəl düşünülmüş və əla yerinə yetirilməkdə idi. Sözün doğrusu, çox sevindim. Hər zaman ekran və efir məkanımız üçün örnək, yeni media quruluşlarımız üçünsə əsil məktəb rolunu oynayan ana televiziyamızın mahiyyətinə uyğun yeni və müasir forma kəsb etməsinə ürəkdən şad oldum. Ölkəmizin inkişaf ahənginə daha dinamik şəkildə qoşulan, getdikcə daha baxımlı, məzmunlu verilişlərlə tamaşaçıların zövqünü və tələbatını ödəmək imkanlarını genişləndirən, eyni zamanda milli adət və dəyərlərimizə sadiqliyi ilə seçilən, ailəvi olaraq rahat izlədiyimiz doğma kanalımızı, onun yaradıcı kollektivini bu nəzərəcarpan uğurlarına görə alqışlayır, daha kreativ, yeniliklərə daha açıq olmalarını arzulayıram”.