“Bu gün axşam saat 22:00 radələrində Bülbül prospekti 1-5 ünvanında 14 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunun yanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib:
“Təqdim olunan foto və video görüntülərdən də aydın olur ki, hər hansı bir yanğın hadisəsi olmayıb.
Avtobusda kiçik texniki nasazlıq yaranıb və mobil texniki xidmət qrupunun müdaxiləsilə nasazlıq qısa vaxtda aradan qaldırılıb.
Avtobus depoya yola salınıb”.
Nazir müavini: Azərbaycanda hər iki tələbədən biri dövlət sifarişi əsasında təhsil alır
Gecə saatlarında yol hərəkəti qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunublar