23 may 2020 16:25
1605

Baş nazir: Naxçıvan özünü 100% alternativ enerji ilə təmin edəcək

“Ötən dövrdə Naxçıvan Muxtar Respublikası böyük inkişaf yolu keçmiş, blokada şəraitində olmasına baxmayaraq iqtisadiyyatın çoxşaxəli və davamlı inkişafına nail olunmuş, ərzaq və enerji təhlükəsizliyi təmin edilib”.

“Report” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov bildirib.

Onun sözlərinə görə, həyata keçirilən tədbirlərin nəticəsidir ki, ötən il ümumi daxili məhsulun (ÜDM) həcmi 2 milyard 839 milyon 650 min manata çatdırılmış, 1 milyard 14 milyon 971 min manat dəyərində sənaye, 507 milyon 641 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunub: “Hazırda tikintisi davam etdirilən 2 yeni su elektrik stansiyası fəaliyyətə başladıqdan sonra Muxtar Respublika özünü 100 faiz alternativ və bərpaolunan enerji ilə təmin edəcək".

Onun sözlərinə görə, ötən il Muxtar Respublikanın xarici ticarət dövriyyəsi 494 milyon 574 min ABŞ dolları təşkil edib, ticarət əməliyyatlarının 86%-i ixracın payına düşüb. 

"Səhiyyə, təhsil, turizm, rabitə, mədəniyyət, milli və mənəvi dəyərlərimizin qorunması, əhalinin məşğulluğunun təmin olunması sahəsində də ardıcıl tədbirlər görülür. İqtisadiyyatın çoxsahəli inkişafı Muxtar Rrespublikada büdcə gəlirlərinə öz müsbət təsirini göstərib, 2020-cil il dövlət büdcəsinin gəlirləri 2019-cu illə müqayisədə 37%, 2018-ci illə müqayisədə isə 56,5 faiz artırılıb",- Səbuhi Məmmədov bildirib.