22 may 2020 18:37
257

Bolqarıstanda koronavirusa yoluxan 2372 nəfər qeydə alınıb

Bolqarıstanda sutka ərzində 41 yeni koronavirusa yoluxma halı baş verib. 

AZƏRTAC Bolqarıstanın xəstəliklə əlaqədar yaradılan operativ qərargahına istinadla xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 2372 nəfərə çatıb. 769 nəfər sağalıb, 117 nəfər ölüb.