15 oktyabr 2019 16:44
671

Bu il Ermənistanda 39 hərbçi ölüb

Bu ilin 9 ayı ərzində Ermənistan silahlı qüvvələrinin 39 hərbçisi ölüb.

“Report” “Rusarminfo”ya istinadən xəbər verir ki, məlumatı Ermənistanın Baş Prokurorluğu yayıb.

Məlumata görə, işğalçı ölkədə 16 hərbçi xidmət zamanı ölüb. 23 hərbi qulluqçu isə qeyri-müəyyən şəraitdə dünyasını dəyişib. 

Bildirilib ki, 2018-ci ilin hesabat dövründə də eyni sayda hərbçi ölmüşdü.