Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

KÖŞƏ

Vəli İlyasov

Bu köpəyin zəncirini dartmalı olan əsl sahibi kimdir?

26 oktyabr 2020 19:39
636

Son günlər Ermənistan kütləvi informasiya vasitələrində Fransanın parlament nümayəndə heyətinin Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri barədə məlumat verilir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etdiyi, işğalçı İrəvanın ballistik raketlərdən istifadə edərək mülki Azərbaycan əhalisinə qarşı terror və kütləvi hərbi cinayətlər törətdiyi bir şəraitdə Fransa parlamenti heyətinin Ermənistana səfəri birtərəfli və qərəzli xarakter daşıyır.

Məlumdur ki, Fransada yüzminlərlə erməni yaşayır. Onlar orada o qədər əzizləniblər ki, hətta dövlətin xarici siyasətinə belə qarışa bilirlər. Bu ölkənin prezidenti Emmanuel Makronun sırf erməni mövqeyindən çıxış etməsi, Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmağa çalışması və davam etməsinə dəstək verməsi buna əyani sübutdur. Gəncədə, Tərtərdə, Goranboyda, Bərdədə və digər rayonlarımızda dinc əhalinin raket atəşi nəticəsində həlak olmaları cənab Makronu əsla maraqlandırmır.

Səfərdə iştirak edən Fransa parlament üzvlərinin əksəriyyətinin erməni lobbi dairələri ilə bağlılığı və erməni lobbisi tərəfindən maliyyələşdirildiyi heç kimə sirr deyil. Bir neçə il əvvəl Şarl Aznaur adlı erməninin Fransa prezidentliyinə namizədliyini irəli sürməsi göstərir ki, Fransa dövləti bir qrup erməninin alətinə çevrilməkdədir. Təəssüf ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir. Həmsədr ölkələr neytrallığı və vasitəçilik missiyasında qərəzsizliyi təmin etməlidirlər. Azərbaycan ərazilərinə icazəsiz bu səfər ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın neytrallığına kölgə salır.

İndiki həssas dönəmdə bu qəbildən olan provokativ addımlar haqlı olaraq Azərbaycan ictimaiyyətinin hiddətinə səbəb olur. Fikirlər səslənir ki, Fransa Marsel şəhərində və ətrafında yaşayan bir milyona qədər erməniyə niyə öz müqəddəratını həll etmək hüququ vermir? Halbuki Dağlıq Qarabağdakı ermənilərin sayı Fransadakı ermənilərdən on dəfə azdır.İslam dininə və Məhəmməd peyğəmbərə hörmətsizlik nümayiş etdirməsi isə Makronun dövlət başçısı səviyyəsinə malik olmadığını, qeyri-ciddi Paşinyanın o biri tayı olduğunu göstərir.

Şübhəsizdir ki, döyüş əməliyyatları aparılan bölgəyə Fransa parlamentinin üzvlərinin qanunsuz səfərindən Makronun xəbəri olmamış deyil. Makron yaxşı bilir ki, bu səfər regionda gərginliyin azalmasına xidmət etmir. Əksinə, Ermənistanı mülki Azərbaycan əhalisinə, xüsusilə uşaqlara qarşı yeni hərbi cinayətlər törətməyə, Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməyə daha da cəsarətləndirir. İndiyədək Ermənistandan atılan ballistik raketlərlə həlak edilən  65-dən çox dinc sakinin qanı həm də Makron kimilərinin də əllərinə bulaşıb.

Fransa parlament nümayəndə heyətinə Ermənistan baş naziri ilə görüşdə ona törətdiyi hərbi cinayətlər, xüsusilə dinc sakinlərin ölümü ilə nəticələnən Azərbaycanın Gəncə şəhərini, araketlərdən atəşə tutmasına görə daşıdığı məsuliyyəti unutmasınlar. Belə çıxır ki, Fransa təcavüzkar Ermənistanın dinc əhalinin öldürülməsində onunla şərikdir. Bu, Azərbaycan  xalqının yaddaşında belə qalacaqdır.  Emmanuel Makron unutmamalıdır ki, militarist Ermənistanı canfəşanlıqla müdafiə etməsi, haqq-ədaləti, dövlətlərin hamılıqla qəbul etdiyi konvensiyaları ayaqları altına atması ona və xalqına şərəf gətirmir.  Fransız xalqı prezident seçkilərində belə qatil rəhbərə dəstək verməyəcəkdir, çünki Makronun cinayətkarlarla bir sırada öz xalqının adına ləkə gətirməsinə imkan verməz. Məsələ ondadır ki, heç kim bilmir ki, qonşu ölkələrə daim ərazi iddiasından əl çəkməyən Paşinyanın zənciri kimin əlindədir? Paşinyanın bir neçə ağasının olduğu məlumdur və o ağa öz köpəyinin zəncirini niyə dartmır?  Bu sualı Ermənistanda hər gün cəbhədən gələn pis xəbərləri eşidən əsgər valideynləri bir-birinə verirlər. Biri deyir, Putindir, biri deyir Trampdır, o biri də deyir Makrondur. Başqa birisi də iddia edir ki, üzü üzlər görmüş Kim Kardaşyandır.

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Elşad Miraləm
BİZ KİMİK?