Paytaxtın bu ərazisində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"-ə bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar Biləcəri-Binəqədi yolunun Binəqədi şosesinə birləşən hissəsində sentyabrın 26-sı və 27-si hərəkət qismən məhdudlaşdırılacaq.
Sürücülərə sözügedən ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.