"Azərbaycan Hava Yolları" QSC (AZAL) yeni "Airbus A321neo" təyyarəsi ilə ilk uçuşunu uğurla həyata keçirib.
“İki sahil” AZAL-a istinadən xəbər verir ki, ilk reys Bodrum istiqamətində baş tutdu və bu münasibətlə sərnişinlərə xüsusi hədiyyələr, eləcə də ilk uçuşa həsr olunmuş xatirə sertifikatları təqdim olundu.
"Müasir dizaynı və yüksək komfortu ilə seçilən "A321neo" daha rahat səyahət imkanı yaradır. Eyni zamanda, təyyarə yanacaq səmərəliliyi və ekoloji göstəriciləri ilə də fərqlənir. Yeni təyyarənin istismara verilməsi donanmanın yenilənməsi istiqamətində atılan növbəti addımdır", - məlumatda deyilir.
Akkreditasiya edilmiş inspeksiya orqanları ilə növbəti maarifləndirici görüş keçirilib
Zaqatalada arıçılar üçün beynəlxalq ekspertin iştirakı ilə maarifləndirici sahə görüşü keçirilib
Maliyyə Nazirliyi: Keçən ilin təhsil büdcəsinə ayrılan vəsait tam istifadə olunub