21 yanvar 2021 14:54
792

Ceylodan iddialara sərt cavab: Nə əvvəl, nə də indi botoks etdirməmişəm

Dünyaca məşhur müğənni Cennifer Lopez hazırda nişanlısı Aleks Rodriqezlə Karib dənizi sahillərində istirahət edir.

"İki sahil" Türkiyə mətbuatına istinadən bildirir ki, "İnstagram" hesabından aktiv istifadə edən C.Lopez istirahətində olduğu fotolarını da bu hesabda paylaşır. Onun bu şəkillərini bir çox insanlar bəyənsə də, bəziləri Lopezin botoks və plastik əməliyyat nəticəsində belə gözəl olduğunu bildirib.

Bundan əsəbiləşən C.Lopez heç bir plastik əməliyyat keçirmədiyini bildirib: "Bu, sadəcə mənim üzümdür. 500 milyonuncu dəfə deyirəm: Nə əvvəl, nə də indi botoks etdirməmişəm. Heç plastik əməliyyat da etirməmişəm."