12 iyul 2019 21:40
2271

Cinsi zəifliyi qısa müddətə həll edən - SIYIĞIN RESEPTİ

Bir çox alimin fikrinə əsasən, bəzi yarmalar kişilərə digər qidalardan daha çox yaxşı təsir edir.

“Ölkə.Az” xəbər verir ki, son araşdırmalara görə, qarabaşaq sıyığı ən faydalı sıyıqlardan sayılır. Mütəxəssislərin fikrinə əsasən, bu sıyıq kişi orqanizmində iltihab prosesini aradan qaldırır, cinsi zəifliyi yox edir. Qarabaşaq sıyığının tərkibi zülalla zəngindir və karbohidratlar azdır. Eyni zamanda, B qrupu vitamini ilə də zəngindir və orqanizmi dəmirlə təmin edir.

Yaxşı nəticə əldə etmək üçün sıyığı düzgün hazırlamaq lazımdır:

Axşamdan qarabaşağı yumaq, üzərinə qaynar su əlavə edib qapağını örtmək lazımdır. Səhər isə yoqurt və ya kefir əlavə edib yemək olar. Düyü də kişi orqanizminə faydalıdır. Amma bu zaman tərkibində amin turşusu, mikroelementlər, maqnium, yod və sink olan yabanı düyü seçmək lazımdır. Sink olmasa, kişilərdə testosteron hormonu ifraz olunmur.

Yulaf yarmasının da tərkibində sink var. Eyni zamanda antioksidantla da zəngindir və damarların, dərinin elastikliyini artırır.

Buğda sıyığı isə orqanizm üçün faydalı olsa da, cinsi zəiflik yaradır.  Eyni zamanda sıyıq hazırlayanda süd, şəkər və yağdan istifadə etmək olmaz. Çünki bu qidalar sıyığın faydalı olmasını azaldır. Səhərlər sıyığa meyvə və giləmeyvə əlavə edib yemək olar.