19 may 2020 13:16
1546

Dibala “Yuventus” ilə yeni müqavilə imzalayacaq

Paulo Dibala “Yuventus” klubu ilə beşillik müqavilə imzalayacaq

İtaliyanın “Yuventus” futbol klubu argentinalı hücumçu Paulo Dibala ilə beşillik yeni müqavilə imzalayacaq. Bu barədə “Football Italia” portalı məlumat yayıb.

Tərəflər artıq müqavilənin yeni şərtləri barədə razılığa gəliblər. Yeni müqaviləyə əsasən hücumçunun məvacibi də artırılacaq. Hazırda argentinalı futbolçu 2022-ci ilədək nəzərdə tutulan müqaviləsinə görə ildə 7,5 milyon avro alır.

Bu mövsüm 26 yaşlı futbolçu “Yuventus”da 34 oyun keçirib, 13 qol vurub və 12 məhsuldar ötürmə edib.

Xatırladaq ki, 2015-ci ildən Turin klubunda oynayan P.Dibala əvvəllər İtaliyanın “Palermo” və Argentinanın “Instituto AS” klublarında çıxış edib. //AZƏRTAC