31 yanvar 2019 11:12
1082

Dişdəki bakteriya Alzheymer xəstəliyinə səbəb olurmu?

Mütəxəssisləri apardıqları araşdırmalar nəticəsində yayılmış olan diş əti xəstəliyinə səbəb olan bakteriya ilə daimi yaddaş pozğunluğunun səbəbi arasındakı əlaqəyə dair faktlar ortaya çıxarıblar. Mütəxəssislər bu faktlar əsasında daimi yaddaş pozğunluğuna səbəb olan  alzheymer xəstəliyinin müalicə metodlarını öyrənə bilərlər.

Mütəxəssislər Alzheymer diaqnozu qoyulmuş və bu xəstəliyə yoluxması şübhəli insanlardan və ölmüş xəstələrdən alınan beyin toxuması, onurğa iliyi və tüpürcək nümunələrini araşdırdı.

“Science Advances”(Elmin inkişafı)  jurnalında dərc olunan araşdırma xroniki diş əti iltihabına yol açan porfiromonas gingivalis adlı bakteriyanın Alzheymer xəstələrinin beynində də görüldüyünü ortaya çıxardı.

Siçanlar üzərində aparılan təcrübələrdə, bu bakteriyanın ağızdan beyinə keçə bildiyi və yaydığı zərərli gingipeyn proteininin beyindəki sinir hüceyrələrini məhv etdiyi görüldü.

Həmçinin bakteriya amiloid beta istehsalını da artıraraq dişlər üzərində zərərli amiloid təbəqəsinin yaranmasına səbəb olur. Alzheymer xəstələrinin beynində də bu zərərli təbəqəyə rast gəlinir.

Siçanlar üzərində aparılan araşdırmalarda bu zərərli proteinlərin qarşısını alan dərmanlar tətbiq olundu və beyindəki sinir məhvinin dayandığı görüldü.

Mütəxəssislər diş iltihabına səbəb olan bu bakteriyanın Alzheymer xəstəliyinə də səbəb olmasının araşdırılmasının çox əhəmiyyətli olduğunu vurğulayıblar.  Bu araşdırma, gingivit bakteriyası ilə Alzheymer xəstəliyi arasındakı əlaqəyə bağlı məlumatları artırdığını nəzərdə tutur.

Ancaq Alzheimer xəstəliyinin inkişafında bu xəstəliyin rolu hələ dəqiq deyil. Alzheimer xəstələri beyin infeksiyaları ilə daha çox əlaqədardır. Diş əti iltihabına səbəb olan bakteriyalar və istehsal olunan zərərli zülallar Alzeimerin nəticəsidir. Siçanlar üzərində təcrübədən keçən bu dərmanın geniş bir klinik araşdırmada sınaqdan keçirilməsi və bununla əlaqədar proteinə təsirlərinin müəyyən olunmasının vacib olduğu vurğulanır.

Əvvəlki araşdırmalar

Gingivit bakteriyası haqqındakı  araşdırmalar əvvəllər də aparılmışdı. Keçən il Tayvanda aparılan bir araşdırmada, 10 il və ya daha çox müddətdə xroniki diş əti xəstəliyi olan xəstələrin 70%-nin  Alzheymer xəstəliyinə də yoluxma ehtimalının çox olduğu ortaya çıxarılmışdı. Digər bir araşdırmada, kiçik, ya da orta dərəcəli Alzheymer xəstələrində diş əti xəstəliyi olduğu təqdirdə xəstəliyin daha sürətli irəlilədiyi ortaya çıxdı. Gingivit bakteriyaları immun sisteminin hüceyrələri və ya çənə və baş sinirləri vasitəsilə yayıla bilər. Ancaq Alzheymer xəstələrinin ağız sağlamlıqlarına diqqət etməməsi  xəstəliklərini daha da ağırlaşdıra bilər. Bu araşdırmalara cavab olaraq Alzheymer Fondu, diş əti xəstəliklərinin Alzheymer xəstəliyi üçün əhəmiyyətli bir risk faktoru olmadığını ifadə etdi. İngiltərədəki Alzheymer Araşdırma Fondu, yalnız bir bakteriyanın Alzheymerin səbəbi ola biləcəyini bildirdi. Bununla yanaşı, mütəxəssislər ağız və diş sağlamlığının ümumi sağlamlıq baxımından da vacib olduğunu vurğulayır və xüsusilə də yaşlılar üçün ictimai səhiyyə məsələsi olaraq görülə bilər.

Röya Rasimqızı