Cəngəlliklərdə baş verən hadisə
İndoneziyada bir neçə il bundan öncə baş vermiş hadisə dünyada rezonansa səbəb oldu.Ovçular tərəfindən kəndlərin birində aşkarladıqları pitonu yardıqdan sonra onun daxilində insan cəsədi aşkarlayıblar. Bunun baş vermə səbəbi məlum olmasa da, ehtimal edilir ki, ölən şəxs ya ilanı qəzəbləndirib, ya da cəngəllikdə yatarkən sürünənin ovuna çevrilib. Lakin maraqlı faktlardan biri də o olub ki insanı udduqdan sonra nəhəng ilan ölüb.
Saqqalı ölümünə səbəb oldu
Avstriyalı Hans Steininger dünyanın ən uzun saqqalına sahib insanı kimi məşhur olmuşdu. Lakin onu məşhur edən bu saqqalı eyni zamanda ölümünə də səbəb oldu. 1567-ci ildə bir gün Hansın qəsəbəsində böyük bir yanğın olur və Hans saqqalını bir yerə yığmağı unudur. Yanğından qaçmaq istəyərkən saqqalı ayaqlarına dolaşır və o, yıxılaraq burnunu sındırır. Ağrıdan huşunu itirdiyinə görə, yanan evin içində qalaraq vəfat edir.
Qeyri-adi qəza
1927-ci ildə müasir rəqsin yaradıcısı olan İsadora Duncan qeyri-adi qəzada həyatını itirir.Müxtəlif şərfləri və aksessuarları sevən İsadoranınölümünə səbəb olan məhz taxdığı şərf olur. Bütün dünyada tanınan “New York Times” bu müəmmalı ölüm haqqında məlumat verir. Jurnalda yazılan məlumata görə, avtomobilini sürətlə idarə edən xanımın boynunda olan şərf sükana dolaşaraq, onu boğur. Həkimlərin nə qədər çalışsa da İsadoranın həyatını xilasedə bilmirlər.
Təyyarə qəzasına səbəb olan timsah
Bu qəza Konqoda baş verib . Göyərtəsində 20 nəfərin olduğu təyyarənin qəzaya uğramasından sonra hökumət hadisə ilə bağlı araşdırmalara başlayıb .Qəzanın səbəbini hadisədən sağ çıxmış yeganə insan açıqlayaraq , bildirib ki, təyyarənin göyərtəsinə gətirilmiş timsah saxlandığı qutudan çıxaraq, insanlara hücum etməyə başlayıb. Təyyarədə olan insanlar qorxu içində pilot kabinəsinə toplaşırlar və təyyarə tarazlığın pozulmasına tab gətirməyərək qəzaya uğrayır. Alkoqoldan zəhərlənmə
ABŞ-da boğazından əməliyyat edildikdən sonra həkimlər tərəfindən alkoqollu içki istifadəsinə qadağa qoyulmuş xəstə hiyləyə əl atmağa qərar verib. O, şərab şüşəsini imalə qabına dolduraraq ondan istifadə edib. O, qara ciyərdən yan keçməklə birbaşa bağırsağa sorulan alkoqolun orqanizmə daha güclü təsir etməsindənxəbərsiz olub. Məlum yolla şərab bədənə daxil olduqdan sonra kişini xəstəxanaya aparıblar. O, kəskin alkoqol zəhərlənməsindən həyatını itirib.
Çəkingənliyi ücbatından ölən məşhur
XVI əsrin məşhur astronomu olan Tixo Braqe ayaqyoluna gedə bilmədiyi üçün ölüb. Belə ki, onun yaşadığı dövrdə içki məclisini yarımçıq tərk etmək ev sahibinə qarşı ən ağır təhqirlərdən biri kimi sayılırdı. Mədəni insan olan Tixo Braqe ayaqyoluna getmək üçün ev sahibindən icazə almağa cürət etmir. Nəticədə onun sidik kisəsi partlayır və 11 gün əzab çəkdikdən sonra astronom vəfat edir.
Bir oyun ölümünə səbəb oldu
28 yaşlı Cennifer Streync o qədər imkanlı şəxs olmasa da, övladlarının xəyalını həyata keçirmək və onlara “Nintendo” oyununu hədiyyə etmək istəyib. Bu səbəbdən yerli radiostansiya tərəfindən təşkil edilmiş müsabiqəyə qoşulub. Müsabiqə şərtləri kifayət qədər qeyri-adi olub. Bu müsabiqənin şərtlərinə görə iştirakçılar mümkün qədər çox maye qəbul etməli, bununla belə mümkün qədər uzun müddət ayaqyoluna getməməli idilər. Cennifer iradəsini toplayaraq hamıdan dözümlü olub və arzuladığı hədiyyəni əldə edib. Lakin bir müddətdən sonra qadının vəziyyəti pisləşib. O, xəstəxanaya aparılsa da, orada orqanizmin maye ilə intoksikasiyası səbəbindən vəfat edir.
Dondurmanın qurbanı olan prezident
ABŞ-ın 12-ci prezidenti olan Zakari Teylor 1850-ci il iyulun 4-də ölkənin müstəqilliyi ilə bağlı rəsmi tədbirdə iştirak edir. Həmin gün hava çox isti olduğu üçün çoxlu dondurma yeyən prezidentin bir müddət sonra mədəsində kəskin ağrılar başlayır. Həkimlər dözülməz ağrılardan 5 gün ərzində əziyyət çəkən Teylorun həyatını xilas edə bilmirlər və o, vəfat edir. Qeyd etmək lazımdır ki, Zakari Teylor yalnız 16 ay ölkə başçısı postunda qalır.
Düzgün qidalanmanın yan təsiri
Böyük Britaniya sakini olan Beyzil Braun sağlam həyat tərzi sürən insanlardan biri olub. Düzgün qidalanmanın tərəfdarı olan Braun xüsusilə yerkökü şirəsini sevirmiş. Braun günlərin birində bədənini toksinlərdən təmizlənməsi üçün , yalnız kök şirəsi ilə qidalanmaqla pəhriz saxlamağa qərar verir. Gün ərzində 5 litr yürkökü şirəsi qəbul edən xanımın bir həftədən sonra vəziyyəti pisləşir. Həkimlər nə qədər çalışsalar da qadın özünə gəlmir və vəfat edir. Ölümünə səbəb isə A vitaminin həddən artıq çoxluğu olur.
Axmaqlığın qurbanı olan sehrbaz
XX əsrin ən populyar sehrbazı və illüzionistiHarri Qudini də öz axmaqlığının qurbanı olub. Qudini öz pressinin möhkəmliyini göstərmək üçün yoldan keçən insanlara ona yumruq zərbələri vurmağı xahiş edirdi.Bir müddət sonra tanınmış sehrbaz kəskin ağrılar və daxili orqanlarının zədələnməsi diaqnozu ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmur.
Donuzları tərəfindən yeyilən fermer
Bu qeyri-adi hadisə ABŞ-ın Oreqon ştatında baş verib. Bir gün 69 yaşlı fermer Terri Vans Qarner donuzlara yem vermək adı ilə evdən çıxıb, lakin geri qayıtmayıb. Deyilənlərə görə, fermer donuzlara yem verərkən sürüşərək yerə yıxılıb və ayağa qalxa bilməyib. Uzun illər ərzində saxladığı donuzlar onu tapdalayaraq , yeyiblər. Qorxunc hadisənin şahidi olan insanların dediklərinə görə, donuzlar fermerin diş protezlərindən başqa bütün bədənini yemişdilər.
Samirə Tağıyeva, “İki sahil”