10 iyul 2020 15:49
3816

Ebru Polat evlilik təklifi aldı! - FOTO

Bodrumdan sonra tətilini Çeşmədə davam etdirən müğənni Ebru Polat sosial mediada izləyicisinin mesajı ilə gündəmə gəlib.

“İki sahil” xəbər verir ki,Ebru Polat keçən həftə Bodrumda tətil mövsümünü açdı və gəmidəki rəqsi videosu ilə çox danışıldı.

Bodrum tətilindən sonra Çeşməyə gedən 37 yaşlı müğənni dənizdən və günəşdən zövq almağa davam edir. Ebru Polat sosial məsafəni qoruduğunu və koronavirus tədbirləri çərçivəsində dənizdə istirahətini davam etdirir.

Xəbərə görə, məşhur müğənniyə “İnstaqram” hesabında bir izləyici evlilik təklif edib. E.Polata "Uşaqlarımın anası olmağını istəyirəm" mesajı göndərildi.

Bu yaxınlarda evliliyini etiraf edəcəyi ilə diqqəti cəlb edən müğənni "fanatımla evlənirəm. Tezliklə sizi tanış edəcəyəm" demişdi.

Şəxsi həyatı haqqında danışan Ebru Polat "zarafat edirdim ki, hər gün bir sevgilim qoyacağam. İndi karantindəyik, evlənmək qərarına gəldim. Evlilik fobiyası var idi, inşallah bu keçəcək. Hamımız həqiqət yoluna qayıtdıq, ağlımız başımıza gəldi. Qərara gəldim ki, ən doğru şey evlilikdir" deyə paylaşım edib: "Demişdim ki, fanatımla evlənəcəm. Tezliklə həyat yoldaşımı sizə göstərəcəm. Bəli, evlənəcəm, az qalıb. Pul mənim üçün vacib deyil. Əhəmiyyətli olan odur ki, sevən, sayan, dəyər verən vicdanlı bir insan olmasıdır.”

Bölmədən digər xəbərlər