04 iyun 2019 10:55
308

Əlahiddə Ümumqoşun Ordunun artilleriyaçıları yüksək peşəkarlıq nümayiş etdiriblər - FOTO

Azərbaycan Ordusunun “Ən yaxşı reaktiv artilleriya divizionu” adı uğrunda keçirilən yarışda Əlahiddə Ümumqoşun Ordunun artilleriyaçıları yüksək peşəkarlıq nümayiş etdiriblər.
"İki sahil" Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, plana uyğun olaraq keçirilən yarışda Əlahiddə Ümumqoşun Ordunun reaktiv artilleriya divizionunun şəxsi heyəti bütün mərhələlər üzrə tapşırıqları uğurla yerinə yetirərək Azərbaycan Ordusu üzrə birinci yerə layiq görülüb.