Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
25 sentyabr 2020 22:00
332

Əliyar Ağayevin idarəçiliyi ruminiyalıları narazı saldı - VİDEO

Rumıniyanın “Styaua” klubu azərbaycanlı referi Əliyar Ağayevin idarəçiliyindən narazı qalıb.

"İki sahil" Oxu.az-a istinadən xəbər verir ki, Buxarest klubunun idman direktoru Mihay Stoyka Rumıniya mətbuatına açıqlamasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin “Slovan”la (Çexiya) oyununda Ə.Ağayevin onlara qarşı haqsızlıq etdiyini bildirib.

Stoyka bildirib ki, 14-cü dəqiqədə Ovidiu Perianuya simulyasiyaya görə sarı vərəqə verilməməli idi. Rumınlar əksinə həmin epizodda Liberets klubunun qapısına penalti təyin edilməli olduğunu iddia edir.

Həmçinin, bundan altı dəqiqə sonra mərkəz müdafiəçisi Ştefan Kanenin birbaşa qırmızı vərəqə ilə qovulması da narazılığa səbəb olub. Mihay Stoyka həmin epizodda ikili mübarizənin olduğunu bildirib.

Qeyd edək ki, bu matçda “Slovan” səfərdə 2:0 qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.