04 iyun 2020 18:49
982

Ən çox koronaviruslu xəstə hansı ərazilərdədir?

“Xüsusi rejimli xəstəxanalarda 5000-dən çox çarpayı var. Modul tipli xəstəxanalarda 2000-ə qədər çarpayı fondu olacaq”. “İki sahil” Oxu.Az-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. O qeyd edib ki, bu gün 2500 aktiv koronaviruslu xəstə var: “Amma xəstələrin böyük əksəriyyəti Bakıda və narıncı əraziyə düşən yerlərdəki xəstəxanalarda yerləşir. Bununla əlaqədar lokalizasiyaya düşən tibb müəssisələrinin üzərinə düşən yük artır”.