29 mart 2020 13:41
1720

Ermənistanda koronavirusa yoluxanların sayı 400 nəfəri ötdü

Ermənistanda son sutka ərzində 52 nəfər koronavirusa yoluxub.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, koronavirusa yoluxanların sayı 424 nəfərə çatıb.

Hazırda 331 nəfərin müalicəsi davam edir.

Bu günədək ölkədə üç nəfər virusdan həyatını itirib.