Ermənistanda ötən sutka ərzində daha 182 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub və ölkədə koronavirusa yoluxanların sayı 32 151 nəfərə çatıb. “Sputnik Armenia” xəbər verir ki, sutka ərzində 8 nəfər ölüb. Beləliklə, indiyə qədər koronaviursa yoluxma nəticəsində 573 nəfər ölüb.
Xəstəlikdən sağalanların sayı 19 865 nəfərdir.