15 iyul 2020 17:06
1299

Ermənistandan Ukrayna səfirliyinə qarşı təxribat -  VİDEO

Ermənistanın terroçu "Daşnaksütyun" partiyasının Gənclər Birliyinin üzvləri İrəvandakı Ukrayna səfirliyinin binasına borş töküblər.

Onlar bunu Ukrayna Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətə dair bəyanatına etiraz olaraq ediblər.

Terroru dəstəkləyən partiyanın gəncləri deyib ki, Ukrayna bölgədəki münaqişənin kəskinləşməsinə yönəlmiş birtərəfli bəyanat verib.

“Biz bişirdiyiniz şorbanı qaytarmağa gəldik. Onu yeyin və susun”, - gənclər birliyinin üzvü Qor Sarkisyan deyib. Bundan sonra, borşu səfirliyin binasına töküblər. Ardınca isə ölkə əleyhinə şüarlar səsləndiriblər.

Xatırladaq ki, Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Kiyevin münaqişəni beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunması qeyd edilib.