15 may 2019 11:23
252

“Eurovision”da texniki problem - Muradın səsi kəsildi

Xəbər verdiyimiz kimi, dünən axşam “Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinalı baş tutub.

"İki sahil" Publika.az-a istinadən xəbər verir ki, İctimai kanaldan yayımlanan müsabiqədə səslə bağlı texniki problem yaşanıb. Belə ki, Təl-Əvivdə olan 41 ölkənin müsabiqə üzrə şərhçisinin səsi efirdə eşidilməyib.

Yarışmanın Azərbaycan üzrə nümayəndəsi Murad Arif sosial şəbəkədə bu barədə açıqlama yayıb: “Təl-Əvivdəki şərhlərdə bir çox ölkələr eyni səs problemi ilə üzləşib. Texniki məqamın bilavasitə “Expo” mərkəzdən qaynaqlındığını diqqətinizə çatırmaq istərdik”.