22 noyabr 2019 11:37
2232

Fərda Xudaverdiyevlə Müşfiq Şahverdiyev həbsxanadan adam qaçırdı - VİDEO

Dünən Xəzər Medai Mərkəzində "Niyə" filminin təqdimat mərasimi baş tutub.

Publika.az xəbər verir ki, baş rollarda Fərda Xudaverdiyev və Müşfiq Şahverdiyevin oynadığı komediya filminin rejissoru Əziz Şahbazovdur.

Baş rolda oynayan Müşfiq Şahverdiyev “Niyə”nin çəkilişlərinin yayda baş tutduğunu açıqlayıb: “Filmin süjet xətti çox maraqlıdır. İnanıram ki, uğurlu olacaq”.

Filmdən əldə etdiyi qonorarı gizli saxlayan Müşfiq “Aldığımız qonorar yüksəkdir. Bunu əziyyətimizlə qazanmışıq. Tələbat var. Tamaşaçılarımız çox sağ olsun” deyə cavab verib.

Filmdə diqqət çəkən məqamlardan biri isə Əfqanıstan vətəndaşının çinli obrazında oynaması olub.

Ekran əsərində əməkdar artist Gülcahan Salamova, qiraət ustası Namiq Məna, aktyor Allahverdi Yolçuyev, aktrisa Aida Cəbiyeva və bir sıra aktyorlar rol alıblar.

Məlumat üçün bildirək ki, aktyorlar ekran işində Asiman və İsabala obrazlarını canlandırır. Film qəhrəmanların Südabə xalanı həbsxanadan qaçırmasından bəhs edir. Əsas hadisələr də bundan sonra cərəyan edir. Həbsxanadan adam qaçıran qəhrəmanlar sonradan özləri də məhkəməyə düşür.