11 dekabr 2019 17:42
979

Fransa hökuməti yeni təqaüd sistemi layihəsini təqdim edib

Fransanın Baş Naziri Eduard Filip ölkədə ümumi təqaüd sisteminin yaradılmasının vaxtının çatdığını bildirərək, bununla bağlı yeni layihə təqdim edib.

AZƏRTAC xəbər verir ki, hökumətin yeni təqaüd islahatları ilə bağlı layihəsinə əsasən, 42 təqaüd rejimi birləşdirilərək ümumi təqaüd sistemi yaradılıb. Yeni təqaüd sistemi 1975-ci il və ondan sonra anadan olan vətəndaşlara 2025-ci ildən etibarən tətbiq ediləcək.

Yeni təqaüd sisteminə görə, 80 mindən çox qadın pensiya ala bilmək üçün 67 yaşınadək işləməlidir. Ölkədə minimum təqaüd yaşı 62 nəzərdə tutulub. Təqaüdə çıxmaq vətəndaşların iş stajından asılı olacaq.

Baş Nazir yeni təqaüd sistemi ilə bağlı qanun layihəsinin cari ilin sonunadək hazırlanıb başa çatdırılacağını, yanvarın 22-də Nazirlər Şurasına təqdim ediləcəyini, fevral ayında isə Milli Assambleyada müzakirəyə çıxarılacağını bildirib.